Bütün avtobuslarda NFC ödənişləri mümkün olacaq
İlin sonunadək bütün marşrut avtobuslarında NFC ödəniş sistemi tam şəkildə tətbiq olunacaq.
“TV1” xəbər verir ki, bu barədə “K Group Bakıkart”dan bildirilib.
Məlumata görə, bu addım sərnişinlərə metro və avtobuslarda eyni ödəniş rahatlığından istifadə imkanı yaradacaq.
Bildirilib ki, bu layihə ilə Bakı nəqliyyatı daha çevik, müasir və texnoloji bir mərhələyə qədəm qoyur.








