Çaylarda suyun səviyyəsi yüksəlib
Çaylarda müşahidə olunan hidroloji vəziyyət açıqlanıb.
“TV1” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilir ki, bəzi çaylarda sululuq artıb.
Böyük Qafqaz ərazisindən axan Qusarçay-Kuzunda 31 sm, Əyriçay-Ağyazıdə 9 sm, Qudiyalçay-Qımılda 4 sm, Katexçay-Qəbizdərədə 3 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Həkəriçay-Balasoltanlıda 11 sm, Bərgüşadçay-Əliquluuşağıda 10 sm artım qeydə alınıb.
Araz çayının yuxarı axımında isə suyun səviyyəsində 41 sm artım müşahidə olunub.