Cəbrayılda hərbçinin həlak olması ilə bağlı araşdırma aparılır - RƏSMİ

media-ads_728_90

Cəbrayılda hərbçinin həlak olması faktı ilə bağlı araşdırma aparılır.

“TV1” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında bildirilir.

Bildirilib ki, xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində aşkar edilmiş sursat partlayışı nəticəsində Lənkəran rayonundan olan hərbçi Musazadə Əsgər ağır xəsarətlər alıb. Ona ilkin tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Hərbi Prokurorluqda və DSX-də araşdırmalar aparılır.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub.  /report/

media-ads_728_90
Paylaş