Çempionlar Liqasında ən çox qazanan klubların SİYAHISI

media-ads_728_90

Çempionlar Liqasının 1/8 final mərhələsindən sonra ən çox gəlir əldə edən klubların siyahısı açıqlanıb.

“TV1” xəbər verir ki, turnirdə ən çox qazanan komanda “Bavariya” olub. Münhen təmsilçisi 106 milyon avro gəlir əldə edib.

PSJ və “İnter” siyahıda növbəti pillələrdə qərarlaşıb. 1/4 finala yüksələn komandalar arasında ən az qazanc əldə edən isə “Aston Villa” olub – 83,7 milyon avro.

Çempionlar Liqasında ən çox gəlir əldə edən klublar aşağıdakılardır:

“Bavariya” – 106 milyon avro

PSJ – 104,4 milyon avro

“İnter” – 103,1 milyon avro

“Borussiya” D – 102,2 milyon avro

“Arsenal” – 102 milyon avro

“Real Madrid” – 101,8 milyon avro

“Barselona” – 101,6 milyon avro

Qeyd edək ki, 2024/2025 mövsümündə Çempionlar Liqasının büdcəsi 2,47 milyard avro təşkil edir. Bu vəsait turnirdə iştirak edən 36 komanda arasında nəticələrə əsasən bölüşdürüləcək.

media-ads_728_90
Paylaş