Cənubi Koreyada təyyarə qəzaya uğrayıb
Cənubi Koreyada hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
“TV1” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
“Hərbi-dəniz qüvvələrinə məxsus təyyarə cənub-şərqdəki Pxoxan şəhərində dağa çırpılıb”, – agentlik bildirib.
Təyyarədə olan dörd nəfərin taleyi barədə heç nə məlum deyil.
Qeyd edək ki, əvvəlcə kiçik mülki təyyarənin qəzaya uğradığı bildirilirdi. Hadisə yerli vaxtla təxminən 13:52-də baş verib.