Cəzaçəkmə müəssisələrində səsvermə prosesi keçirilir
Azərbaycanın növbədənkənar parlament seçkiləri ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə məntəqələrində səsvermə prosesi keçirilir.
“TV1” xəbər verir ki, səsvermə Sabunçu rayonunda Bakı İstintaq Təcridxanasında 29 saylı seçki dairəsinin 38, 39, 40 saylı seçki məntəqələri üzrə aparılıb.
38 saylı seçki məntəqəsi üzrə 1081 məhkum qeydiyyatdadır. Burada saxlanılan şəxslərin öz hüquqlarından istifadə edərək, şəffaf və azad şəkildə səs vermələri üçün şərait yaradılıb.
39 saylı seçki məntəqəsində səsvermə prosesi keçirilib. Məntəqədə 990 nəfər seçici var.
41 saylı seçki məntəqəsi üzrə 545 məhkum qeydiyyatdadır, 205 nəfər səs verib.
10 saylı cəzaçəkmə müəssisəsində səsvermə prosesi keçirilir. Səsvermə Nərimanov rayonu 18 saylı seçki dairəsinin 39 saylı seçki məntəqəsi üzrə aparılır.
39 saylı seçki məntəqəsində 1469 məhkum qeydiyyatdadır, indiyədək 900 nəfər səs verib.
Xatırladaq ki, məhkum və həbs edilmiş şəxslər penitensiar müəssisələrdə 13 dairəni əhatə edən 26 seçki məntəqəsində sərbəst şəkildə səs verirlər. /azərtac/