Cəzalandırılan plastik cərrah və stomatoloqların sayı AÇIQLANIB

media-ads_728_90

2026-cı il fevral ayı ərzində 12 stomatoloq barəsində inzibati tənbeh tədbiri seçilərək müvafiq maddələrə əsaslanan protokollar yazılıb.

“TV1” xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 2026-cı il fevral ayı ərzində 3 plastik cərrah barəsində inzibati tənbeh tədbiri seçilərək müvafiq maddələrə əsaslanan protokollar yazılıb:

“Protokollar əsasən sertifikasiya şəhadətnaməsi olmaması və lisenziyadan kənar fəaliyyətlə əlaqədardır”.

Qeyd olunub ki, ümumilikdə, fevral ayında 34 yoxlama keçirilib.

media-ads_728_90
Paylaş