Çin ABŞ-la danışıqları rədd edir - Rüsumlarla bağlı...

media-ads_728_90

Pekin ABŞ prezidenti Donald Trampın Çinlə tariflərin artırılması ilə bağlı danışıqların aktiv olması ilə bağlı bəyanatını təkzib edib.

“TV1” xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hyi Yadong bildirib.

“Çin-ABŞ ticarət danışıqlarında irəliləyiş olduğuna dair iddialar faktiki olaraq əsasdan məhrumdur”, – deyə Hyi diqqətə çatdırıb.

Çinin dialoq və məsləhətləşmələrə açıq olduğunu deyən sözçü istənilən məsləhətləşmə və danışıqların qarşılıqlı hörmət və bərabərliyə əsaslanmalı olduğunu vurğulayıb.

media-ads_728_90
Paylaş