Çində dəhşətli YANĞIN - 22 nəfər ölüb
Çinin şimal-şərqindəki Lyaonin əyalətində restoranda yanğın baş verib.
“TV1” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, yanğın nəticəsində 22 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Çin lideri Si Szinpin yaralılara hər cür yardım göstərilməsi ilə bağlı tapşırıq verib.