Çində güclü zəlzələ olub
Çinin qərbində yerləşən Tibet muxtar rayonunda güclü zəlzələ baş verib.
“TV1” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələ 5.6 bal gücündə qeydə alınıb, episentri Şiqadze şəhərindən 133 kilometr cənub-qərbdə olub. Seysmoloji hadisənin yeraltı ocağı isə təxminən 12 km dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.