Dağıstanda sudan zəhərlənənlərin sayı artır
Dağıstan Respublikasında sudan zəhərlənənlərin sayı 450 nəfərə çatıb.
“TV1” xəbər verir ki, zərərçəkənlərin sayının kəskin artımı barədə respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidməti rəsmi “Telegram” kanalında məlumat yayıb.
Bundan əvvəl bölgədə zəhərlənmə ilə əlaqədar 372 nəfər xəstəxanalıq olmuşdu.
“Ümumilikdə 450 bağırsaq infeksiyasına yoluxma halı qeydə alınıb, onlardan 422-i uşaqlardır”, – deyə məlumatda bildirilir.