Nabrandakı "El Faro"da Damlanın konserti keçiriləcək - VİDEO
Yay mövsümünün açılışı münasibəti ilə Nabranda yerləşən “El Faro” Ailəvi İstirahət Mərkəzində iyunun 15-də populyar müğənni Damlanın konserti keçiriləcək.
“TV1” xəbər verir ki, maraqlı konsert proqramı ilə çıxış edəcək populyar müğənni hit mahnıları ilə sevənlərinin görüşünə gələcək.