media-1200x100

Dəm qazından zəhərlənmələr niyə artıb? - AÇIQLAMA

media-ads_728_90

“Qış mövsümü ilə əlaqədar dəm qazından zəhərlənmə halları daha tez-tez baş verir”.

“TV1” xəbər verir ki, bunu  jurnalistlərə açıqlamasında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

O bildirib ki, TƏBİB tabeli müəssisələrdə, əsasən də Klinik Tibbi Mərkəzdə Toksikologiya şöbəsi fəaliyyət göstərir.

V.Qurbanov onu da qeyd edib ki, bölgələrdə də bu xidməti təşkil edəcək müəssisələr var:

“Ən ixtisaslaşmış Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsidir ki, ağırlıq dərəcəsindən asılı olmayaraq belə xəstələr oraya təxliyə edilir və müalicəsi davam etdirilir”.

media-ads_728_90
Paylaş