DİM: 600-dan çox bal toplamış 2 abituriyent universitetə qəbul olmayıb
İki nəfər 600 baldan yuxarı toplayan abituriyent ixtisas seçimində cəmi bir ixtisas seçdiyi üçün qəbul olmayıb.
“TV1” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransı zamanı deyib.
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri bildirib ki, onlardan biri I ixtisas qrupu üzrə yalnız ödənişsiz əsasla bir yer Bakı Ali Neft Məktəbini seçib və qəbul olmayıb:
“Digər şəxs isə III ixtisas qrupu üzrə olub. O da sırf Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasını ödənişsiz seçdiyi üçün qəbul ola bilməyib. 600 baldan yuxarı bal toplayan bu tələbələr yalnız bir ixtisas, dövlət sifarişli yer seçiblər”.