“Sputnik Azərbaycan"da qanunsuz maliyyələşmə ilə bağlı ARAŞDIRMA BAŞLADI

media-ads_728_90

Daxili İşlər Nazirliyi “Sputnik Azərbaycan”ın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var.

“TV1” xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da, qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb.

İyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var.

Vurğulanıb ki, əlavə məlumat veriləcək. /trend/

media-ads_728_90
Paylaş