DİQQƏT: Paytaxtda bu marşrutda avtobusların intervalı azalacaq

media-ads_728_90

Paytaxtın Günəşli qəsəbəsini Sabunçu dəmiryol stansiyası ilə əlaqələndirən 40 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.

“TV1” xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, mayın 26-dan sərnişinlərin xidmətinə veriləcək 18 ədəd yeni, 2025-ci il istehsalı olan “King Long” markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Yeni avtobusların xətlərə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 6-7 dəqiqə təşkil edəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır.

İctimai nəqliyyat sistemində sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə marşrutlarda istifadə olunan avtobusların yenilənməsi mərhələli qaydada davam etdirilir.

media-ads_728_90
Paylaş