Doqquz aydır kosmosda qalan kosmonavtlar yerə qayıdır
Doqquz ay Beynəlxalq Kosmik Stansiyada (BKS) qalan iki kosmonavtı Yerə qaytaracaq SpaceX kapsulu uğurla orbitə buraxılıb.
“TV1” xəbər verir ki, Batç Vilmor və Sani Villiamsın 8 gün kosmik gəmidə qalmağı nəzərdə tutulsa da, onlar gəmidə olan texniki nasazlığa görə doqquz ay kapsulda qalmalı olublar.
9 aydan çox BKS-də yaşayan və hazırda stansiyanın “yerliləri”nə çevrilən kosmonavtlar martın 19-da Yerə qayıdacaqlar.
Cütlüyün ABŞ-ın Florida ştatına enəcəyi gözlənilir.