“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlandı

media-ads_728_90

Mədəniyyət Nazirliyi və Azərbaycan Kino Agentliyi tərəfindən elan olunmuş 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb.

“TV1” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunur ki, reqlamentə əsasən müsabiqəyə layihələrin qəbulu 15 aprel – 12 iyun 2025-ci il tarixləri ərzində http://arka.culture.az saytı vasitəsilə həyata keçiriləcək.

Müsabiqədə Azərbaycanda qeydiyyatdan keçmiş müstəqil prodüser mərkəzləri və müvafiq sahədə fəaliyyət göstərən digər hüquqi şəxslər iştirak edə bilər.

3 mərhələdən ibarət olacaq müsabiqənin nəticələrinin 2 Avqust – Azərbaycan Kinosu Günündə elan edilməsi nəzərdə tutulur.

Qeyd edilib ki, müsabiqə film istehsalının stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, yerli kinematoqrafçıların təcrübəsinin artırılması, kino sənayesinin və bu sahədə özəl sektorun dəstəklənməsi, müvafiq sahədə fəaliyyət göstərən hüquqi şəxslər arasında rəqabət qabiliyyətinin artırılması məqsədi ilə həyata keçirilir.

media-ads_728_90
Paylaş