Heydər Əliyev adına sarayda E.L.Voyniçin məşhur əsərlərindən biri “Ovod” tamaşasının böyük premyerası keçirilib
“TV1” xəbər verir ki, Azərbaycanın tanınmış aktyorlarının ifasında E.L.Voyniçin dünyanın ən məşhur əsərlərindən biri “Ovod” tamaşasının böyük premyerası keçirilib. Baş rolları xalq artisti Vidadi Həsənov, Ziya Ağa, Oksana Rəsulova canlandırıblar.
Əhvalatlar Gənclər Hərəkatının üzvü olan Artur Berton adlı qəhrəmanın ətrafında baş verir. Onun atası Padre Montanelli ilə münasibətləri, dostu Cemmaya olan sevgisi ilə əlaqədar olan faciəvi hadisələr əsərin əsasını təşkil edir. Bu, din, məyusluq, inqilab, romantika və qəhrəmanlığın əsəridir. “Ovod” romanı bir əsrdən artıqdır ki, bütün dünyada məşhurdur və tamaşaçılarda böyük maraq və güclü emosiyalar doğurur.