Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları başlayır.
“TV1” xəbər verir ki, bu barədə Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.
Komissiyanın ilk iclasının fevralın 12-də keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, komissiyanın iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir. /trend/