Əfv Komissiyasının iclası keçirilib
“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün ilk iclası keçirilib”.
“TV1” xəbər verir ki, bunu Komissiyanın üzvü Rəşad Məcid deyib.
O qeyd edib ki, iclasın gündəliyi açıqlanıb.
“İclas çox məhsuldar keçdi və 100-dən artıq müraciətə baxıldı. Bunlar ağır cinayətlərlə və əsasən də ölüm işində təqsirləndirilən şəxslərin müraciətləri idi. Hər bir müraciət diqqətlə araşdırıldı. Həm Administrasiyanın müvafiq şöbələri, həm də hüquq-mühafizə orqanları tərəfindən verilən rəylər nəzərə alınaraq Komissiya üzvlərinin fikirləri nəzərə alındı və səsvermə nəticəsində qərarlar qəbul edildi”, – deyə o əlavə edib. /trend/