Azərbaycanda elektrik enerjisi ilə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək
Elektrik enerjisi ilə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək.
“TV1” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Elektroenergetika haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Sənədə əsasən, elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə aylıq sabit tarif tətbiq olunacaq.
Sabit tarifin əsas mahiyyəti şəbəkəyə qoşulan istehlakçıların sabit xərc şəklində aylıq müəyyən vəsait ödəməsindən ibarətdir. Sabit tarif istehlak miqdarı ilə bağlı deyil, istehlakçı kateqoriyasından asılı olmayaraq tətbiq ediləcək və paylayıcı sistem operatorunun müəyyən xərclərinin qarşılanması üçün istifadə olunacaq.