Elektron sənəd formasında veriləcək sertifikatların təqdim olunmasına başlanılır
Elektron sənəd formasında veriləcək sertifikatların təqdim olunmasına başlanılır.
“TV1” xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.
Bildirilib ki, 2023-cü ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesində uğur qazanan müəllimlərin elektron sənəd formasındakı sertifikatları portal.edu.az platformasında yerləşən şəxsi kabinetlərinə əlavə edilib.
“Qeyd olunan dövrdə uğur qazanan müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olaraq ekranın sol hissəsində yerləşən “Sənədlərim” bölməsinə keçid edərək elektron sertifikatlarını əldə edə bilərlər.
Elektron formada təqdim olunan sertifikatlar əlçatanlığı təmin etməklə yanaşı müəllimlərin əlavə vaxt itkisinin də qarşısını alacaq”, – deyə məlumatda qeyd edilib.