media-1200x100

Əlişir Nəvai Beynəlxalq Mükafatı Türk Dövlətləri Təşkilatına verilir

media-ads_728_90

Türk dünyasının birliyinə töhfəyə görə Əlişir Nəvai Beynəlxalq Mükafatı Türk Dövlətləri Təşkilatına (TDT) veriləcək.

“TV1” xəbər verir ki, bu barədə noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən TDT Xarici İşlər Nazirləri Şurasının 11-ci iclasında qərar imzalanıb.

İclasda, həmçinin xarici işlər nazirləri tərəfindən “Türk Dövlətləri Təşkilatı yanında Daimi Nümayəndələr haqqında Əsasnamənin təsdiq edilməsi haqqında Qərar” da imzalanıb.

media-ads_728_90
Paylaş