Ərdoğan çox güclü və ağıllı adamdır - Donald Tramp

media-ads_728_90

“Türkiyə Suriyada heç kimin edə bilmədiyini etdi. Ərdoğan çox güclü və ağıllı adamdır”.

“TV1” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla əlaqələrinin çox yaxşı olduğunu vurğulayan D.Tramp Türkiyənin Suriyadakı rolunun çox mühüm olduğunu vurğulayıb.

“Mənim Ərdoğanla çox yaxşı münasibətlərim var. Bilirəm ki, mətbuat mənim Ərdoğanı bəyəndiyimə görə mənə qəzəblidir. Amma mən onu bəyənirəm, o da məni bəyənir və bizim heç vaxt problemimiz olmayıb”, – Tramp deyib.

media-ads_728_90
Paylaş