Ermənistanda kilsə və polis arasında gərginlik artır - YENİLƏNİB-3

media-ads_728_90

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) xüsusi təyinatlıları arxiyepiskop Mikael Acapaxyanı saxlaya bilməyiblər. Bundan sonra onlar Eçmiədzindəki monastırı tərk ediblər.

“TV1” xəbər verir ki, MTX-nin bəyanatında deyilir ki, buna səbəb kimi monastır ətrafında çoxlu sayda insanın toplaşması olub.

“MTX və polis təhlükəsizlik səbəbləri ilə və vəziyyətin bilərəkdən qızışdırılmasının qarşısını almaq üçün Eçmiədzinin ərazisini tərk etmək qərarına gəlib. Mikael Acapaxyanı gizlənməməyə, MTX-nin operativ qrupu üzvlərinin yanına gəlməyə çağırırıq”, – deyə bəyanatda deyilir.

14:37  ————————————————————————————————————————————-

II Qareginin iqamətgahında Acapaxyanın saxlanılması üzrə əməliyyat davam edir.

Ermənistan Milli Təhlükəsizlik Xidməti arxiyepiskop Mikael Acapaxyanı II Qareginin iqamətgahının yerləşdiyi Eçmiədzindəki monastırdan apara bilməyib.

“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, monastır yaxınlığında vəziyyət gərgin olaraq qalır. Güc strukturları ilə dindarlar arasında vaxtaşırı toqquşmalar baş verir.

12:01 —————————————————————————————————————————————–

Ermənistan Milli Təhlküəsizlik Xidmətinin (MTX) əməliyyat keçirdiyi bütün ermənilərin katolikosunun Eçmiədzindəki iqamətgahının həyətində polislər və keşişlər arasında dava baş verib.

“TV1” Ermənistan mediasına istinadən xəbər verir ki, daha əvvəl maskalı xüsusi təyinatlılar iqamətgaha daxil olub.

Keşişlər əməliyyata mane olmağa çalışırlar.

11:35  ———————————————————————————————————————————–

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları Eçmiədzində bütün ermənilərin katolikosunun iqamətgahının yerləşdiyi əraziyə daxil olublar.

“TV1” TASS-a istinadən xəbər verir ki, Ermənistan MTX-nin xüsusi təyinatlıları bütün ermənilərin katolikosu II Qareginin Eçmiədzindəki iqamətgahının ərazisinə keçiblər.

media-ads_728_90
Paylaş