Ermənistan parlamentində əlbəyaxa DAVA - VİDEO
Ermənistan parlamentində hakim və müxalif partiyanın deputatları arasında dava düşüb.
“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, hadisə parlamentin bugünkü iclası zamanı olub.
Parlamentin spikeri Alen Simonyan müxalif “Hayastan” fraksiyasında daxili çəkişmənin olduğunu və fraksiyanın digər üzvlərinin Daşnaksütyun mövqeyinə “əsir düşdüyünü” deyib.
Bunun ardınca deputatlar arasında gərginlik yaranıb və dava düşüb.
A.Simonyan təhlükəsizlik qüvvələrini iclas zalına çağırıb və sonra 20 dəqiqəlik fasilə elan edib.