media-1200x100

Ermənistan silahlı qüvvələri Kəlbəcərdəki mövqelərimizi atəşə tutub

media-ads_728_90

Sentyabrın 5-i saat 09:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

“TV1” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”, – deyə MN-in məlumatında bildirilir.

media-ads_728_90
Paylaş