Ermənistan və Azərbaycan arasında müharibə üçün əsas yoxdur - Paşinyan
“Azərbaycan və Ermənistan arasında müharibə olmayacaq – bunun üçün heç bir əsas yoxdur, sülh olacaq”.
“TV1” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışında bildirib.
Baş nazir həmçinin sülh gündəliyini təhlükə altına qoya biləcək bəyanatlar verməməyə çağırıb.