Ermənistana təbii qaz təchizatı dayandırılacaq

media-ads_728_90

Ermənistana təbii qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə “Qazprom Armenia”nın məlumatında bildirilib.

“Gürcüstan ərazisində “Şimali Qafqaz – Cənubi Qafqaz” tranzit magistral qaz kəmərinin “Qazax-Saquramo” (DN 1000) hissəsində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar olaraq 24 iyul saat 07:00-dan 26 iyul saat 19:00-dək Ermənistana təbii qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq”, – deyə məlumatda qeyd olunub.

Bildirilib ki, qeyd olunan müddət ərzində daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü hesabına respublikanın istehlakçılarının qazla fasiləsiz və etibarlı təchizatı məhdudiyyətsiz həyata keçiriləcək.

media-ads_728_90
Paylaş