media-1200x100

Ermənistanda dağ-mədən sənayesində fəaliyyət göstərən 26 şirkət regionun ekologiyasına ziyan vurur

media-ads_728_90

“Ermənistanda dağ-mədən sənayesi sahəsində 26 şirkət fəaliyyət göstərir və onların işi Azərbaycanın və regionun ekologiyasına ziyan vurur”.

“TV1” xəbər verir ki, bunu Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, bu məsələyə həm də Ermənistandakı doğma yurdlarına qayıdacaq soydaşlarımızın kontekstindən də yanaşılmalıdır:

“Ermənistan ərazisindən axaraq Araz, Bərgüşad və Oxçuçaya tökülən və bununla da Azərbaycan ərazisindən keçən çaylarla zərərli maddələr axır. Bu, Ermənistandakı öz doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın sağlamlığına ziyandır. İlk növbədə bu məsələnin tənzimlənməsinə beynəlxalq konvensiyalar çərçivəsində riayət edilməlidir. Azərbaycan bu konvensiyalara qoşulsa da, Ermənistan bunu etməyib. Çünki bu sənədi imzalamaq Ermənistanın üzərinə ekoloji təhlükəsizliklə bağlı bir sıra öhdəliklər qoyur. Güman edirəm ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra hər iki dövlət arasında bununla bağlı sənədlər imzalanmalı və Ermənistanda dağ-mədən sahəsində fəaliyyət göstərən 26 şirkətin məsuliyyəti artırılmalıdır. Daha bir istiqamət ekoloji təhlükəsizlik məsələsində vətəndaş cəmiyyətlərinin rolunun artırılmasıdır. Daha sonra Ermənistanda fəaliyyətdə olan xarici şirkətlərin aid olduğu ölkələrə rəsmi müraciət etməklə, hökumətlərin bu müəssisələrə ekoloji sahədə təzyiq göstərilməsini təmin etməkdən ibarətdir”. /apa/

media-ads_728_90
Paylaş