Ermənistanda kilsədə qətl OLUB
Ermənistanın Kotayk vilayətində, Çarentsavan şəhərindəki kilsədə qətl hadisəsi baş verib.
“TV1” xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.
Xəbərə görə, oktyabrın 11-də, günorta Çarentsavan şəhərindəki kilsədə 57 yaşlı şəxs bıçaqlanaraq öldürülüb.
Hadisə vida mərasimi zamanı baş verib. Şübhəli kimi 26 yaşlı gənc saxlanılıb, onun psixi xəstə kimi qeydiyyatda olduğu bildirilir.