Ermənistanda Rusiya telekanallarının yayımı dayandırılır? - Alen Simonyan AÇIQLADI
Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkə ərazisində Rusiya telekanallarının yayımının dayandırılması mümkünlüyündən danışıb.
“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, o, bunu Ermənistanda baş verən hadisələrlə bağlı Rusiya telekanallarında səslənən fikirlərə münasibət bildirərkən deyib.
“Hesab edirəm ki, biz Ermənistanda Rusiya telekanallarının yayımının dayandırılması məsələsini çox ciddi şəkildə müzakirə etməyə başlamalıyıq. Bu, Ermənistan-Rusiya münasibətlərinə ziyan vurur”, – deyə o bildirib.
O qeyd edib ki, əgər dövlət telekanalları özlərində “Ermənistanın daxili işlərinə qarışmaq ixtiyarını özlərində görürlərsə, biz də reaksiya verməli və ən azı, onların “mənzillərimizə” girişini bağlamalıyıq”.