Ermənistanda xüsusi ƏMƏLİYYAT - 9 polis əməkdaşı saxlanılıb
Ermənistanın Eçmiədzin şəhərində doqquz polis əməkdaşı saxlanılıb.
“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Antikorrupsiya Komitəsi məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti gizlətməkdə və vəzifə saxtakarlığında ittiham olunurlar. İstintaqın maraqları naminə digər təfərrüatlar açıqlanmır.