Ermənistanın prezident iqamətgahının arxasında yük maşını partlayıb - VİDEO
Ermənistanın paytaxtı İrəvanın mərkəzində yük maşını aşaraq partlayıb.
“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, hadisə Dövlət Nəzarət Xidməti binasının yaxınlığında – Ermənistan prezidentinin iqamətgahının arxasında baş verib.
Xilasetmə Xidmətinin məlumatına görə, ümumilikdə dörd nəqliyyat vasitəsi toqquşub, onlar yanıb.
Hadisə yerində dörd xilasetmə briqadası işləyir.