Ermənistanla Azərbaycan arasında müharibəni unudun - Nikol Paşinyan
“Sülh müqaviləsinin mətni razılaşdırılıb”.
“TV1” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan bu gün Ermənistan parlamentində çıxışında deyib.
N.Paşinyan deyib ki, Ermənistanla Azərbaycan arasında eskalasiya və müharibəni unudun.
O bildirib ki, Ermənistan hökuməti bu məntiqə zidd addımlar atmayacaq.