media-1200x100

Etibar Məmmədov: “Azərbaycanın müstəqilliyini tanımaması üçün Moskva Ankaranı açıq təhdid etmişdi” – ÖZƏL/VİDEO

media-ads_728_90

“1991-ci il oktyabrın 18-də Azərbaycan Dövlət Müstəqilliyini elan etdi. Müstəqilliyi qəbul etmək məsələnin bir tərəfi idi. Digər tərəfi isə bu müstəqilliyin tanınması idi. Bəzi dövlətlər Azərbaycanın müstəqilliyini tanımaqdan çəkinirdilər. Həmin dövrdə dövlət tərəfindən bu məsələ mənə həvalə olundu. Ali Sovetin adından mən Türkiyəyə göndərildim. Həmin zaman SSRİ mövcud idi, təhlükə qalırdı. Hətta Türkiyənin özündə dövlət müstəqilliyimizin tanınmasında tərəddüdləri olanlar vardı”.

Bu sözləri “TV1”ə özəl açıqlamasında AMİP-in qurucusu və fəxri lideri Etibar Məmmədov 18 oktyabr Müstəqilliyimizin Bərpası Günü ilə bağlı müsahibəsində deyib.

E.Məmmədov qeyd edib ki, o vaxt SSRİ-nin Türkiyədəki səfiri Albert Çernışov açıq təhdidlə çıxış edərək demişdi: “Siz necə baxarsınız, biz də Kürdüstanın müstəqilliyini tanıyaq? Ancaq buna baxmayaraq o vaxt Türkiyənin Baş naziri Məsud Yılmaz çox cəsarətli addım atdı və noyabr ayının 9-da Azərbaycanın Dövlət Müstəqilliyinin tanınması haqqında qərar verdi. Türkiyə hökuməti həmin tarixdən etibarən Azərbaycanla müttəfiq olacağını bəyan etdi”.

E.Məmmədov sonra deyib ki, bu, artıq Azərbaycanın dövlət müstəqilliyinin tanınmasının yolunu açdı: “Bu, çox böyük bir qərar idi və həmin qərar üçün biz Türkiyə Cümhuriyyətinə minnətdar olmalıyıq”.

media-etibar-2

Mətanət Əliyeva

Daha ətraflı videomüsahibədə:

media-ads_728_90
Paylaş