Eyyub Hüseynov: "Azərbaycan istehlakçıları bir ildə almadığı mal üçün 500 milyon manat pul ödəyir" - ÖZƏL/VİDEO
“Azərbaycan istehlakçıları bir ildə almadığı mal üçün 500 milyon manat pul ödəyir”.
Bunu “TV1”-ə özəl açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.
O istehlakçılara çağırış edib:
“Mal alanda tələsməsinlər. Ən müasir supermarketlərdə də insanları aldatmaq cəhdləri olur. Onlar bilərəkdən, ya bilməyərəkdən aldadırlar, bu, başqa məsələdir. Çekinizi götürəndə diqqətlə baxın. Kartla ödəniş edəndə telefona gələn SMS-ə baxmaq lazımdır. Almadığın malı da yazırlar”.
Mətanət Əliyeva
Daha ətraflı müsahibədə: