Filippində "Kalmaegi" qasırğası nəticəsində ölənlərin sayı 224 nəfərə çatıb

media-ads_728_90

Filippində “Kalmaegi” qasırğası nəticəsində ölənlərin sayı 224-ə çatıb, 109 nəfər itkin düşüb.

“TV1” xəbər verir ki, bu barədə Filippinin Mülki Müdafiə İdarəsi məlumat yayıb.

Ən çox ölüm Sebu adasında qeydə alınıb, 158 nəfər həyatını itirib.

Qasırğa nəticəsində yüzminlərlə insan evlərini tərk edib, 53 yaşayış məntəqəsində fövqəladə vəziyyət elan olunub.

media-ads_728_90
Paylaş