Filippində məktəbdə atışma baş verib - 6 nəfər ölüb, 17 yaralı var
Filippində məktəbdə silahlı insident olub.
“TV1” xəbər verir ki, hadisə Cənubi Kotabato vilayətinin Banqa bölgəsində yerləşən məktəbdə baş verib.
İnsident nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
Yerli media orqanları daha 17 nəfərin xəsarət aldığını bildirir.
Hələlik hadisənin təfərrüatları məlum deyil.
Faktla bağlı araşdırma aparılır.








