Fizika üzrə “Nobel” mükafatı laureatları məlum olub
2024-cü il üzrə Fizika sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb.
“TV1” xəbər verir ki, Nobel Komitəsi oktyabrın 8-də ABŞ-ın Prinston Universitetindən Con Hopfild və Kanadanın Toronto Universitetindən Ceofrey Hintonun 2024-cü il üzrə Kimya sahəsində Nobel mükafatına layiq görüldüklərini elan edib.
Onlar bu mükafata süni neyron şəbəkələri ilə maşın öyrənməsinə imkan verən kəşflər və ixtiralara görə layiq görülüblər.