Formula 1 Azərbaycan Qran-Prisinin bütün biletləri satılıb
“Formula 1” üzrə Azərbaycan Qran-prisinə bütün biletlər satılıb.
“TV1” xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasının məlumatında bildirilib.
Bildirilib ki, yarışa olan maraq gözləntiləri üstələyib:
“Azarkeşlərin böyük marağı səbəbindən bu il Bakı yarışının 8 tribunasına “Zəfər” və “Qız Qalası” tribunaları əlavə edilib. Yarış tribunalarının ümumi tutumu ötən ilə nisbətdə 35 faiz artırılıb”.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında baş tutacaq.