Gəncədə AĞIR QƏZA - 8 nəfər xəsarət alıb
Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
“TV1” xəbər verir ki, iki minik avtomobilinin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü M.Məmmədzadə, 1968-ci il təvəllüdlü R.Həsənova, 1994-cü il təvəllüdlü R.Həsənov, 1989-cu il təvəllüdlü G.Qurbanova, 1968-ci il təvəllüdlü S.Əsgərova, 2006-cı il təvəllüdlü X.Əliyeva, 1979-cu il təvəllüdlü P.Zeynalova və 1958-ci il təvəllüdlü R.Abbasova xəsarət alıblar.
Yaralılar dərhal xəstəxananın təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, TƏBİB-dən verilən məlumata görə, Gəncə şəhərində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə sentyabrın 9-da saat 20:50 radələrindən başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrinə 7 qadın, 1 kişi olmaqla 8 nəfər hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə Akademik Z.Məmmədov adına xəstəxananın və Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbələrində zəruri tibbi xidmətlər göstərilib.
Hazırda xəsarət alan qadınlardan 1-nin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir, vəziyyəti stabildir.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 7 nəfər isə ambulator müalicə üçün evə buraxılıb. /report/