Gəncədə Alüminium zavodunun yaxınlığında YANĞIN - VİDEO
Bu gün Gəncə şəhərində güclü yanğın qeydə alınıb.
“TV1” xəbər verir ki, şəhərin sənaye zonasından – Alüminium zavodunun yaxınlığındakı ərazidən ətrafa qatı tüstü yayılmağa başlayıb.
İlkin məlumatlara görə, yanğın tullantılar olan ərazini əhatə edib.
Hadisə nəticəsində ətraf mühitə ciddi zərər dəyib, şəhərin böyük hissəsini qara tüstü bürüyüb.