Goranboyda heyvanlar minaya düşüb
Goranboyda xırdabuynuzlu heyvanlar minaya düşüb.
“TV1” xəbər verir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndi ərazisində, keçmiş təmas xəttində qeydə alınıb.
Kənd sakininə məxsus xırda buynuzla mal-qara piyada əleyhinə minaya düşüb.
Hadisə nəticəsində qoyunlardan biri tələf olub, digəri isə yaralanıb, kənd sakini xəsarət almayıb. Mina partlayışı ilə bağlı əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.