Göyçayda baş verən güclü yanğın məhdudlaşdırılıb - VİDEO
Göyçayda güclü yanğın hadisəsi baş verib.
“TV1” xəbər verir ki, hadisə rayon ərazisində yerləşən yeşik sexində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Göyçay Rayon Dövlət Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb. Hazırda yanğının söndürülməsi istiqamətində zəruri işlər həyata keçirilir.
Yanğınla əlaqədar əraziyə elektrik enerjisinin verilişi dayandırılıb.
FHN-dən verilən məlumata görə, Göyçay şəhəri ərazisində yerləşən yeşik istehsalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.
Qeyd olunur ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.