Gürcüstanda da zəlzələ olub

media-ads_728_90

Gürcüstanda zəlzələ baş verib

“TV1” xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 14:50-də baş verib. Zəlzələnin episentri Raça-Leçxumi bölgəsinin Oni şəhərindən 7 kilometr cənub-şərqdə, İri kəndi ərazisində yerləşib.

Yeraltı təkanların maqnitudası 3,1 bal (ML) təşkil edib.

Hazırda zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan tələfatı barədə məlumat verilməyib.

media-ads_728_90
Paylaş