Gürcüstanda daha bir nazir istefa verdi

media-ads_728_90

Gürcüstanın təhsil, elm və gənclər naziri Aleksandre Tsuladze istefa verib.

“TV1” xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında məlumat paylaşıb.

“Nazir vəzifəsində işlədiyim müddətdə nazirliyin əməkdaşları ilə birlikdə bütün səviyyələrdə təhsilin keyfiyyətinin yüksəldilməsi üçün bir çox mühüm təşəbbüslər həyata keçirdik, o cümlədən bir sıra innovativ layihələrlə bağlı işə başladıq və inanıram ki, yeni nazir onların tamamlanmasını təmin edəcək”, – deyə Tsuladze qeyd edib.

media-ads_728_90
Paylaş