Gürcüstanda qəzaya uğrayan hərbi təyyarənin qara qutusu Türkiyəyə gətirilib

media-ads_728_90

Noyabrın 11-də Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi nəqliyyat təyyarəsinin qara qutusu bu ölkəyə gətirilib.

“TV1” xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

Xatırladaq ki, Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi nəqliyyat təyyarəsindəki hərbçilərin hamısı – 20 nəfər həlak olub, onlardan 19-nun cəsədi tapılıb.

 

media-ads_728_90
Paylaş