Gürcüstanda qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinin hissələri Kayseridə tədqiq ediləcək
Noyabrın 11-də Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi nəqliyyat təyyarəsinin hissələri Kayseri vilayətinə aparılacaq.
“TV1” xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.
Bildirilib ki, hazırda hadisə yerində (Gürcüstanda) müvafiq qurumların əməkdaşları geniş araşdırma aparır, lakin araşdırma bitdikdən sonra təyyarənin qalıqları Kayseri vilayətində yerləşən hərbi bazaya gətirilərək burada tədqiq ediləcək.
Xatırladaq ki, Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi nəqliyyat təyyarəsindəki hərbçilərin hamısı – 20 nəfər həlak olub, onlardan 19-nun cəsədi tapılıb. Noyabrın 12-si gecə saatlarında hərbi təyyarənin qara qutusu Türkiyəyə gətirilib.







